Simsiz qulaqlıqları yükləmək
1 Yükləmə kabeli bağlantısı
Simsiz qulaqlıqlarda status displeyi uzun fasilə ilə təkrarən iki dəfə sayrışanda batareyaların yüklənməsi tələb olunacaq.
Simsiz qulaqlıqları doldurmaq üçün aşağıdaklara əməl edin:
1. Yükləmə kabelini sol qulaqlığın aşağısında yerləşən çıxışa (1) qoşun.
2. Yükləmə kabelini hər hansı bir Media yükləyicisindəki USB birləşdiricisinə qoşun.
► 
Qeyd
Simsiz qulaqlıqlar yalnız alışma və arxa oturacağın əyləncə sistemi (RSE) yandırıldıqda yüklənəcəkdir.

XƏBƏRDARLIQ!
• Qulaqlıqları ehtiyatla yükləmək lazımdır ki, çünki onlar qıza bilər.
• Batareyalar yalnız yüklənən NiMH 1,2V 900mAh AAA batareyaları ilə dəyişdirilməlidir.
• Əgər batareya yanlış növlə dəyişdirilirsə, partlayış təhlükəsi yarana bilər.
• Batareyaların tərkibində məişət tullantıları ilə birgə utilizasiyaya qadağan olunan sulfid turşusu və ya qurğuşun kimi zəhərli maddələr vardır. Düzgün utilizasiya olunmadığı halda bu maddələr torpağı, onun alt-təbəqəsini və suyu çirklədə bilər. Çirklənmiş suyun istehlakı ciddi xəstəliklə nəticələnə bilər. Qanunvericilik istifadə olunmuş batareyaların utilizasiyası üçün xüsusi prosedurların istifadə olunduğunu tələb edir və bu səbəbdən avtomobil batareyalarının dəyişdirilməsi və utilizasiyasının rəsmi Bentley dileri tərəfindən keçirilməsi tövsiyə olunur.
- Aidiyyəti olan mövzular