Simsiz qulaqlıqların cütləşdirilməsi
Simsiz qulaqlıqların hər dəstinin cütləşdirmə proseduru ayrıca başlanılmalıdır. Simsiz qulaqlıqlar qoşmaq prosedurunun başladığı arxa oturacağın əyləncə sisteminin (RSE) bir tərəfinə qoşulacaqdır.
Simsiz qulaqlıqları qoşmaq üçün aşağıdaklara əməl edin:
1. Simsiz qulaqlıqlar yanılı olduqda, status displeyi sürətlə sayrışmağa başlamayana kimi sol dinamikdə işəsalma düyməsini basıb saxlayın.
2. Sensor pultundan (TSR) istifadə etməklə, əsas Menu (Menyu) ekranından Settings (Parametrlər) seçin.
3. Headphones (Qulaqlıqlar), sonra Find headphones (Qulaqlıqları tap) seçin. Arxa oturacağın əyləncə sistemi (RSE) mövcud simsiz qulaqlıqları axtaracaq və ona qoşulacaq.
Ekrandakı mesaj bu prosesin sonunda göstəriləcək.

Qeyd
Simsiz qulaqlıqlar birinci dəfə istifadə olunduqları zaman arxa oturacağın əyləncə sisteminə (RSE) qoşulmalıdır. Bu ilkin qoşulmadan sonra simsiz qulaqlıqlar və arxa oturacağın əyləncə sistemi (RSE) yandırıldıqda bağlantı avtomatik olaraq yenidən qurulacaqdır.
- Aidiyyəti olan mövzular