Daşıyıcılar üzrə məhdudiyyətlər və qeydlər
• Yalnız 12 sm standart CD/DVD-lərdən və 32 mm x 24 mm x 2,1 mm və ya 1,2 mm ölçüsündə olan yaddaş kartından istifadə edin.
• Müxtəlif istehsalçıların istehsal etdiyi məlumat daşıyıcılarının keyfiyyətindəki fərqlər səsləndirmə zamanı problemlərə səbəb ola bilər.
• Məlumat daşıyıcısının konfiqurasiyasına yaxud yazılış üçün istifadə edilmiş cihazlara və/yaxud proqramlara görə qurğu müəyyən parçaları və ya bütün məlumat daşıyıcısını oxumaya bilər. Audio fayllar və verilənlər mediasının yaradılmasına dair ən yaxşı yollar haqqında məlumatları internetdə tapa bilərsiniz (sıxılma həddi, ID3 teqi və s.).
• Məlumatların böyük həcminə görə sıxılmış audiofayllarla olan (.mp3, .wma) məlumat daşıyıcısını oxumaq üçün normal audio CD ilə müqayisədə daha çox vaxt tələb olunur. Mürəkkəb qovluq strukturları da məlumat daşıyıcısının oxunulmasını ləngidə bilər.
• İfa siyahıları yalnız müəyyən ifa ardıcıllığını müəyyən edirlər. İfa siyahısında heç bir fayl saxlanılmır. Əgər fayllar ifa siyahısının məlumat daşıyıcısındakı istinad etdiyi yerlərdə mövcud deyilsə, Məlumat və əyləncə sistemi ifa siyahısını səsləndirməyəcək.
• Yalnız dəstəklənən media fayllar göstərilir və səsləndirilir. Bütün digər fayllar nəzərə alınmır.
• Audiofayllar Məlumat və əyləncə sistemindən və ya RSE sistemindən yaddaş kartına köçürülə bilməz.
- Aidiyyəti olan mövzular