Arxa oturacağın əyləncə sistemindən (RSE) istifadə : Medianın səsləndirilməsi : Jukebox (Dəyişdirici) : Dəyişdiricinin məzmununa baxmaq
Dəyişdiricinin məzmununa baxmaq
Kitabxananın məzmunlarını müxtəlif formatlarda göstərmək mümkündür. Başqa formatı seçmək üçün (cari seçilmiş kitabxanadan asılı olaraq) aşağıdakıları icra edin:
1. Displey ekranının aşağısında alətlər panelində Selection (Seçim) vurğulamaq və seçmək üçün sensor pultundan (TSR) istifadə edin.
2. Arzuladığınız görünüşü vurğulayın və seçin.
Now Playing (İndi ifa olunur) - Hal-hazırda ifa olunan media mənbəyini göstərir.
Album List (Albom siyahısı) - Mövcud audio mediasını albomun adı ilə qruplaşdırılmış siyahı formasında göstərir.
Album Browser (Albom səyyahı) - Albom başlığı ilə qruplaşdırılmış mövcud audio mediasını göstərir.
Artists (İfaçılar) - İfaçının adı ilə qruplaşdırılmış mövcud audio mediasını göstərir.
Songs (Mahnılar) - Mahnının adı ilə qruplaşdırılmış mövcud audio mediasını göstərir.
Playlists (İfa siyahıları) - Mövcud ifa siyahılarını göstərir.
Video List (Video siyahısı) - Mövcud olan video mediasını siyahı formasında göstərir.
Video Browser (Video səyyahı) - Video başlığı ilə qruplaşdırılmış mövcud video media-artını göstərir.
Search (Axtarış) - Mövcud medianın başlığı üzrə axtarılmasına imkan verir.
Fərdi elementi Dəyişdiriciyə köçürmək üçün aşağıdakı kimi edin:
1. Dəyişdiriciyə köçürüləcək elementi vurğulayın.
2. Sensor ekranını təxminən 1 saniyəlik vurub saxlayın. Peyda olan pəncərə açılacaq.
3. Copy to Jukebox (Dəyişdiriciyə köçür) seçin. Köçürmə prosesi başlayacaq. Gedişat zolağı yuxarı alət panelində görünəcək.
Qoşulmuş media cihazının tam məzmununu Dəyişdiriciyə köçürmək üçün aşağıdakı kimi edin:
1. Əsas menyuda cihazı seçin.
2. Extras (Əlavələr) menyusunu vurğulayın və seçin.
3. Copy all device content to Jukebox(Bütün cihaz məzmununu Dəyişdiriciyə köçürün) vurğulayın və seçin. Köçürmə prosesi başlayacaq. Gedişat zolağı yuxarı alət panelində görünəcək.
Fərdi elementi Dəyişdiricidən silmək üçün aşağıdakı kimi edin:
1. Dəyişdiricidəki elementə doğru hərəkət edin.
2. Sensor ekranını təxminən 1 saniyəlik vurub saxlayın. Peyda olan pəncərə açılacaq.
3. Delete from Jukebox(Dəyişdiricidən sil) seçin. Seçilmiş element silinəcək.
Jukebox-da (Dəyişdiricidə) saxlanan mediaya arxa oturacağın əyləncə sistemlərinin (RSE) hər biri medianı müstəqil şəkildə səsləndirdikdə, Məlumat və əyləncə sistemi və cihaz vasitəsilə də daxil olmaq mümkündür.
Dəyişdiricidə saxlanan medianı Məlumat və əyləncə sistemi vasitəsilə səsləndirmək üçün aşağıdakıları icra edin:
1. Məlumat və əyləncə sistemində Media idarə elementi düyməsini basın.
2. Məlumat və əyləncə sistemində MDI funksiya düyməsinə basın.
3. Play (Səsləndir) funksiya düyməsinə basın. Artıq əsas qovluğunda naviqasiya aparmaq və Jukebox (Dəyişdiricini) seçmək mümkündür. Səsləndirəcəyiniz məzmunu seçin.
Qeyd
Köçürmə prosesindən imtina etdikdə, (məsələn, arxa oturacağın əyləncə sistemi (RSE) söndürüldükdə) köçürmə prosesi son musiqi köçürülüb bitdikdən sonra dayandırılacaq.
Dəstəklənən media növlərinin təfərrüatları üçün Dəstəklənən media faylları ünvanına daxil olun. >